Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafada 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib

03.02.2025

03 fevral 2025 - ci il tarixində Ağstafa rayon Mədəniyyət Mərkəzinin və Ağstafa rayon Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə  tədbir keçirildi. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildi, Ulu Öndər  Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi   bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə çıxış edənlər 2 fevral Gənclər Günü kimi  qeyd  olunmasının müdrik siyasi Lider   Heydər Əliyevin  adı ilə  bağlı olduğunu bildirdilər. 
Respublika  gənclərinin  həyatında  mühüm  hadisə  olan  Azərbaycan Gənclərinin Birinci Forumundan  bir il  sonra  Ulu Öndər Heydər Əliyevin 2 fevral tarixinin ölkədə  Gənclər  Günü  kimi  qeyd olunması  barədə  Sərəncam  imzaladığını qeyd etdilər. O cümlədən çıxışlarda əsası  Ulu Öndər   tərəfindən  qoyulan gənclər  siyasətinin   bu  gün  Ölkə  Prezidenti cənab İlham Əliyev  tərəfindən çox  böyük uğurla  davam  etdirildiyi bildirildi.  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  ilə həyata  keçirilən gənclər  siyasəti  Azərbaycan gənclərin cəmiyyətdə  özlərini  təsdiq etməsində mühüm  rol  oynadığı xüsusi vurğulandı.